EN

Baş katib zorakılıqdan narahatdır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Haitidə artan zorakılıqdan narahatlığını ifadə edib.

O,, "siyasi prosesə keçidin" sürətləndirilməsinin lazım olduğunu qeyd edib.

"Cebheinfo.az" xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Quterreşin bəyanatını yayıb: "Baş katib Haitidə silahlı dəstələrin paytaxt Port-au Prinsdə hakimiyyətə gəlməsi ilə nəticələnən şiddətin artmasından narahatdır".

Quterreş Haiti Milli Polisinin Çoxmillətli Təhlükəsizliyə Yardım Missiyasının (MSS) dəstəyi ilə artan zorakılığın aradan qaldırılması üçün səyləri dəstəklədiyini deyib. 

MSS-nin mandatını uğurla yerinə yetirməsi üçün maliyyə və maddi-texniki dəstək çağırışını təkrarlayan Quterreş siyasi prosesə keçiddə “dərhal irəliləyiş” əldə etməyin vacibliyini vurğulayıb.

Uzun illərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi fundamental problemlərlə mübarizə aparan Haitinin 11 milyon əhalisi iaclıq təhlükəsi ilə üz-üzədir.

Silahlı dəstələrin paytaxtın 80 faizinə nəzarət etdiyi ölkədə zorakılıq günü-gündən artır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Haitidəki İnteqrasiya Ofisinin məlumatına görə, ilin əvvəlindən silahlı dəstələrin hücumları nəticəsində 3900 nəfər həlak olub.

Ölkədəki zorakılıqlar 2024-cü ilin aprelində keçmiş baş nazir Ariel Henrinin istefasına, Müvəqqəti Şuranın yaradılmasına və mayın 28-də Qarri Konilin baş nazir təyin edilməsinə səbəb olub.

Şura noyabrın 11-də vəzifəsindən azad etdiyi Konilin yerinə iş adamı Alix Didier Fils-Aime-ni baş nazir təyin edib.

Chosen
12
cebheinfo.az

1Sources