EN

Falçı Bakıya "sürət karqo" vasitəsi ilə qurd yağı göndərdi - Qadının əri evdən qaçdı

Dua yazmaqla qadına ərinin başqa qadınla görüşməsinin qarşısını alacağını deyən 67 yaşlı falçı saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, Naxçıvanda yaşayan, 20 ildir falçılıqla məşğul olan 1957-ci il təvəllüdlü Atlaz Quliyeva barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

Məlum olub ki, Abşeron rayonunda yaşayan zərərçəkmiş A.İ. ərinin başqa qadınlarla yaxın münasibətdə olmasından xəbər tutub və onları ayırmaq üçün müxtəlif yollar axtarıb. 

A.İ. Şərur rayonunun Yuxarı Aralıq kəndində falçılıqla məşğul olan Atlaz adlı falçı qadına zəng edib. Altaz ona dualar yazacağını və əri İsmətin evə bağlı kişi olacağına inandırıb. Bunun qarşılığında isə zərəçəkəndən 2000 manat pul istəyib.

A.İ. Atlazla razılaşıb bə kartına pul göndərib. Pul göndərildikdən 3 gün sonra Atlaz oğlu Ələmdar Quliyevin adından ona "sürət karqo" vasitəsi ilə kağıza yazılmış dualar, açar, qıfıl, qadın və kişi maykaları, qurd yağı, 15 ədəd qoz və bir ovuc qara kişmiş göndərib. Falçı qadın zərərçəkmişə həmin əşyalardan birini dənizə atmağı, qalanını isə özü və ərinin yeməsini tapşırıb. 

Qadın falçının dediklərini etsə də, əri ondan ayrılaraq, evi tərk edib. Zərərçəkmiş ərinin evdən getməsindən qəzəblənərək hüquq-mühafizə orqanlarına şikayət verib. Amma məhkəməyə qədər Atlaz Quliyeva A.İ.-dən aldığı pulu geri qaytarıb. 

Məhkəmə 67 yaşlı falçı qadının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verib və onu cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv e. 

Əhməd
Chosen
269
19
qaynarinfo.az

10Sources