EN

Patrik Vieyranın təyinatı açıqlandı

style='margin-bottom:10px;'>

İtaliyanın "Cenoa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, A seriyası təmsilçisi Patrik Vieyranın təyinatını açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı məşqçi ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Patrik Vieyranın son iş yeri Fransada "Strasburq" olub. 48 yaşlı mütəxəssis "Cenoa"nın baş məşqçisi postunda Alberto Cilardinonu əvəz edib.

Chosen
20
teleqraf.com

1Sources