EN

Acun Ilıcalıya qarşı qanunuz mərc iddiası - İstintaq başladı

İstanbul Prokurorluğu tanınmış teleaparıcı Acun Ilıcalı, TV8 kanalı və Exxen rəqəmsal platformasının rəsmi şəxsləri haqqında "qanunsuz mərcə təşviq və reklam" iddiası ilə istintaq başladıb.

Bakupost.az Türkiyə KİV- ə istinadən xəbər verir ki, istintaqın UEFA Millətlər Liqası matçlarında yayımlanan qanunsuz mərc reklamları ilə əlaqəli olduğu bildirilib.

Acun Ilıcalı, sosial media hesabında məsələyə aydınlıq gətirib. O, reklam lövhələrinin satışının xaricdə keçirilən oyunlarda ev sahibi ölkənin federasiyasına aid olduğunu vurğulayıb.

"Necə ki, Türkiyədə keçirilən milli oyunların reklam lövhələrinin satışı Türkiyə Futbol Federasiyasına aiddirsə, Monteneqro-Türkiyə oyununun meydan reklam lövhələrinin satışını da Monteneqro Futbol Federasiyası edib. TV8-in bu hadisə ilə heç bir əlaqəsi yoxdur," – deyə Ilıcalı qeyd edib.

Lalə, BakuPost

Chosen
45
bakupost.az

1Sources