EN

Nazir: Savadı olmayanları müəllim adından məhrum edirik, düşünürəm düz edirik

“Savadı olmayanları müəllim adından məhrum edirik, düşünürəm düz edirik".

Apa xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, sertifikatlaşma prosesi davam etdiriləcək: "Çünki təhsildə əsas müəllim faktorudur. Bizim 7 şagirdi, 4 sinifi, 32 müəllimi olan məktəbimiz çoxdur".

Chosen
23
20
qaziler.az

10Sources