EN

Ən çox yeni iş yerləri bu rayonlarda açılıb - TOP 5

2024-cü ilin 9 ayında Azərbaycanda 69 min 587 yeni iş yeri açılıb.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, yeni açılan iş yerlərinin ən böyük hissəsi Bakı şəhərində olub. Belə ki, bu dövrdə Bakıda 53 min 882 yeni iş yeri açılıb ki, bunun da 17 min 824-ü üçüncü rübün payına düşüb.

Ən çox yeni iş yeri Nərimanov rayonunda açılıb. Belə ki, bu rayonda 9 ayda 11 min 392 yeni iş yeri açılıb (üçüncü rübdə 4 min 185).

İkinci yerdə 7 min 800 yeni iş yeri ilə Nəsimi rayonu dayanıb (üçüncü rübdə 2 min 433). 

Digər ən çox yeni iş yeri açılan rayon 6 min 659 yeni iş yeri ilə Xətai rayonu olub (üçüncü rübdə 2 min 41).

Binəqədi rayonunda 6 min 403 (üçüncü rübdə 1 min 828), Yasamal rayonunda 5 min 897 (üçüncü rübdə 1 min 823) yeni iş yeri açılıb.

Əvəz Həsənov

Chosen
31
valyuta.az

1Sources