EN

Oktyabrda İranda 166 nəfər edam olunub

İranda oktyabr ayında 166 nəfər edam olunub.

Bakıvaxtı.az “Voanews”a istinadən xəbər verir ki, məlumatı İran İnsan Hüquqları Təşkilatı yayıb.

Bildirilib ki, ölkədə 2007-ci ildən indiyədək ən çox edam hökmü oktyabrda icra olunub.

Məlumata görə, 166 edamdan 20-si kütlə qarşısında icra olunub. Onların arasında 10-dan çox Əfqanıstan, Almaniya və İranın ikili vətəndaşı da var.

Təşkilatın açıqlamasına əsasən, bu ilin yanvar-oktyabr aylarında İranda ümumilikdə 651 nəfər edam olunub. 2023-cü il üzrə bu rəqəm 853 olub. Bu isə son səkkiz ildə ən yüksək göstəricidir.

Chosen
41
3
bakivaxti.az

4Sources