EN

Kosovo millisinə texniki məğlubiyyət verilib

UEFA Kosovo milli komandasına texniki məğlubiyyət verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, buna yığmanın Millətlər Liqasının V turunda Rumıniya ilə səfər matçında meydanı vaxtından əvvəl tərk etməsi səbəb olub.

Noyabrın 15-də keçirilmiş qarşılaşmanın son dəqiqələrində ev sahibi komandanın azarkeşləri siyasi şüarlar səsləndiriblər. Kosovo millisinin üzvləri isə buna etiraz olaraq meydandan çıxıblar.

Hadisələri araşdıran UEFA-nın Nizam-İntizam Komitəsi yığmanı texniki məğlubiyyətlə cəzalandırıb. Həmçinin Kosovo Futbol Federasiyası 6 min avro məbləğində cərimələnib.

Chosen
38
2
sia.az

3Sources