Yaponiya məhkəməsi ABŞ-la ortaq hava bazasından havaya qalxan təyyarələrin səs-küyünə görə baza ətrafında yaşayanlara təzminat ödənilməsinə qərar verib.Yokohama Rayon Məhkəməsi təxminən 8700 şikayətçinin Tokio yaxınlığındakı Atsugi Hava Bazasından havaya qalxan təyyarələrin səs-küyünə qarşı qaldırdığı iş üzrə qərarını açıqlayıb.Məhkəmə öz qərarında Yaponiya hökumətini səs-küy nəticəsində yaranan “keçmiş narahatlıqlara” görə ümumilikdə 5,9 milyard yen (təxminən 38 milyon dollar) təzminat ödəməyə məcbur edib.NHK dövlət televiziyasının məlumatına görə, qərar hərbi bazadan uçuşların dayandırılması və "gələcək narahatçılığa" görə hərtərəfli kompensasiyanın ödənilməsi tələblərini rədd edib.Hakimlər Kollegiyasının sədri Okada Nobuhiro qərarda uçuşların "ictimai xarakterindən" xəbərdar olduqlarını və səs-küy çirkliliyinin azaldılmasına əhəmiyyət verdiklərini bildirib.Yaponiya Müdafiə Nazirliyinə bağlı Cənubi Kanto Müdafiə Bürosunun bəyanatında qeyd olunub ki, qərarın məzmunu bundan sonra diqqətlə qiymətləndiriləcək və müvafiq təşkilatlarla müvafiq cavab veriləcək.