EN

Kosovoya texniki məğlubiyyət verildi

Millətlər Liqasının V matç günündə baş tutan Rumıniya – Kosovo matçı qonaq komandanın oyunun gedişatı zamanı azarkeşlərin onlara səsləndirikləri şüarlara görə meydançanı tərk edib və UEFA tərəfindən texniki məğlubiyyət alıb.

Futbolpress.az xəbər verir ki, UEFA Kosovonun matçın tamamlanmamasına görə məsuliyyət daşıdığı qənaətinə gəlib və məğlubiyyətinə qərar verib.

Rumıniya Futbol Federasiyası (FRF) komandanın ayrı-seçkilik və qeyri-münasib davranışı da daxil olmaqla çoxsaylı ittihamlara görə 128 min avro cərimələnib.

Ksenofobik anti-Macarıstan şüarları səbəbindən FRF-yə növbəti ev matçı üçün stadionunu bağlamaq əmri də verildi.

Kosovo Futbol Federasiyası (FFK) komandasının nalayiq hərəkətinə görə 6000 avro cərimə ödəyəcək.

Rumıniya 15 xalla qrupda birinci, Kosovo isə 12 xalla ikinci yerdə qərarlaşıb.

Chosen
15
futbolpress.az

1Sources