EN

Məktəblərdəki komputerlər üçün 40 milyon xərcələnəcək - Nazir AÇIQLADI

Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində hazırda təhsil müəssisələrinin hər il əlavə kompüter avadanlığı ilə təchiz olunması istiqamətində iş aparılır və bu məqsədlə növbəti ilin dövlət büdcəsində 40 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb.

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.

Nazir bildirib ki, əgər 2020-ci ildə ölkədə hər 36 şagirdə 1 kompüter düşürdüsə, hal-hazırda 9 şagirdə 1 kompüter düşür, 2026-cı ilin sonuna isə bu nisbətin 1:6 olması hədəflənib:

"Eyni zamanda dövlət investisiya xərcləri hesabına son illərdə məktəblərin fiber-optik (yüksək sürətli) şəbəkəyə qoşulması həyata keçirilmişdir. Qeyd edilməlidir ki, əgər 2020-ci ildə fiber-optik internetə qoşulmuş müəsissələrin sayı 378 təşkil edirdisə, hal-hazırda 1737 müəssisə fiber-optik internetə qoşulmuşdur.

Hazırda təhsil sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və məlumat bazalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
44
1
milli.az

2Sources