EN

"Onlar mənə satqın deyirdilər"

style='margin-bottom:10px;'>

"Ayntraxt"ın futbolçusu Mario Götze Dortmund "Borussiya"sından "Bavariya"ya keçidi haqda danışıb. 

QOL.az "The Players' Tribune"a isinadən xəbər verir ki, o deyib: "Uşaqlıqda mən peşəkar futbolçu olmaq haqda düşünmürdüm. Sadəcə bu oyunu sevirdim, başqa heç nə haqda düşünmürdüm. 

Sonra 18 yaşımda öz doğma şəhərim Dortmund klubu ilə Bundesliqanın qalibi oldum. Hamı məni sevirdi. Sonra daha böyük klub - "Bavariya"ya keçəndə isə hamı mənə nifrət edirdi. Onlar mənə satqın deyirdilər. Amma mən bütün həyatımı Dortmunda keçirdiyimə görə yeni səyahət axtarırdım, ətrafımı dəyişmək istəyirdim". 

Qeyd edək ki, Mario Götze 2013-cü ildə "Borussiya"dan "Bavariya"ya keçib. 

Chosen
36
3
teleqraf.com

4Sources