EN

ABŞ Qəzzada dərhal atəşkəs qətnaməsinə dördüncü dəfə veto qoyub

Amerika Birləşmiş Ştatları (ABŞ) BMT Təhlükəsizlik Şurasının Qəzzada dərhal atəşkəs tələb edən qətnaməsinə dördüncü dəfə veto qoyub.

"Report"un ABŞ bürosu xəbər verir ki, 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının 10 seçilmiş üzvü: Əlcəzair, Ekvador, Qayana, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrənin təqdim etdiyi qətnamə layihəsi səsverməyə çıxarılıb. Sənəddə Qəzzada dərhal atəşkəs, məhbusların azad edilməsi və humanitar böhranın qarşısının alınmasını tələb olunub. ABŞ qətnamə layihəsinə veto qoyub, digər 14 üzv ölkə qanun layihəsinin lehinə səs verib.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud səsvermədən sonrakı açıqlamasında bildirib ki, israilli əsirlər azad edilmədən ABŞ qeyd-şərtsiz atəşkəs tələbini dəstəkləməyəcək. Vud qeyd edib ki, qətnamə layihəsi qəbul olunsa, HƏMAS-ın danışıqlar masasına oturması üçün heç bir təşəbbüsü olmayacaq.

O, HƏMAS-ın indiyə qədər bir çox razılaşma təklifini rədd etdiyini vurğulayıb. Vud layihədə HƏMAS-ın 2023-cü ilin 7 oktyabr hücumunun pislənilməməsini də tənqid edib.

Chosen
24
10
far.az

10Sources