EN

Yerin iki peyki var imiş

Astronomlar Yerin cazibə qüvvəsinin əhatəsinə düşən PT5 asteroidi barədə maraqlı məlumatlar əldə ediblər. Metbuat.az xəbər verir ki, Yerin ikinci peyki kimi qeydə alınan PT5 Günəşdən təqribən 149 milyon km uzaqlıqdayerləşir. Bildirilir ki, asteroid Yer kürəsinə bənzər orbitləri izləyən kosmik süxurlar qrupuna aid olan Arjuna asteroid qurşağına aiddir. Bildirilir ki, bəzi Arjuna asteroidləri təxminən 4,5 milyon il sonra planetimizə yaxınlaşa və nisbətən aşağı sürətlə saatda 3500 km-dən az hərəkət edə bilər. Astronomik kəşf nəticəsində alimlər PT5 asteroidinin Yerin ikinci peyki olduğunu açıqlayıblar. Madridin Complutense Universitetinin astronomları bu maraqlı hadisəni ilk dəfə Cənubi Afrikanın Sazerlend şəhərindəki teleskopla aşkar ediblər.

Peykin müvvəqqəti olduğu və Yerin cazibə qüvvəsinin əhatəsindən çıxacağı deyilir.

Chosen
14
metbuat.az

1Sources