EN

Tramp milyarderi ticarət naziri vəzifəsinə irəli sürdü


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ticarət naziri vəzifəsinə amerikalı investor və milyarder Hovard Latnikin namizədliyini irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tramp sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
““Cantor Fitzgerald”ın sədri və baş direktoru Hovard Latnik mənim administrasiyama ABŞ Ticarət naziri kimi qoşulacaq”, - Tramp yazıb.
Tramp bildirib ki, Latnik digər məsələlərlə yanaşı tarif məsələləri ilə də məşğul olacaq.
Chosen
24
yeniavaz.com

1Sources