EN

ABŞ-də polis iti qadına bir milyon dollar "qazandırdı"

ABŞ-də polis iti tərəfindən başının dərisi soyulmuş qadın bir milyon dollar məbləğində təzminat alacaq.

Bu barədə hakimiyyet.az "Associated Press" Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 2020-ci ilin fevral ayında Talmika Bates adlı qadın kosmetika mağazasından oğurluq etməkdə şübhəli bilinərək axtarışda olub. Ehtimal edilən oğru qadın kolların arasında gizlənib, lakin polisə xidmət edən alman çoban iti tərəfindən aşkar edilib. İt qadının başından dişləyib və onu yaralayıb. Daha sonra qadının başındakı parçalanmış yaraya 200-dən çox tikiş atılıb. Həmçinin ona yüngül kəllə-beyin travması, yüngül posttravmatik beyin sindromu və posttravmatik stres pozğunluğu diaqnozu qoyulub.

Qadının vəkili iddia edib ki, it polis zabitinin gözü qarşısında müvəkkilini parçalamağa davam edib və bu zaman polis heyvanı dayandırmaq üçün heç bir əmr verməyib. Sonradan onun davranışı həddindən artıq güc tətbiqi kimi qiymətləndirilib.

İndi hadisənin baş verdiyi Şimali Kaliforniyanın Brentvud şəhərinin administrasiyası polis məmurunun davranışına görə cavab verəcək. Səlahiyyətlilər Beytsə 967 min dollar ödəməyə razılaşıblar. Yerli polis departamentinin rəisinin sözlərinə görə, hazırda onların xidmətində bir nəfər də olsun iti olan polis əməkdaşı yoxdur.

Chosen
7
2
hakimiyyet.az

3Sources