EN

Yeni Azərbaycan Partiyası sabitliyin və inkişafın təminatçısıdır



Ölkədə 1992-ci ildə yaranmış son dərəcə təhlükəli vəziyyətlə əlaqədar, xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən bir qrup mütərəqqi ruhlu ziyalı insanların, məşhur “91-lər”in cəsarətli addımları nəticəsində həmin dövrdə respublikamızda dağıdıcı proseslərin qarşısı alındı. Bu insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın yeganə ümid bəslədiyi və güvəndiyi liderə, Ulu Öndər Heydər Əliyevə müraciət etdilər.

Partiyanın təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, XX əsrdə artıq ikinci dəfə öz müstəqilliyini bəyan etmiş Azərbaycanın xilası istiqamətində ən mühüm addımlardan biri atıldı –Yeni Azərbaycan Partiyası yaradıldı.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə 2022-ci ilin 21 noyabr tarixində keçirilən tədbirdə etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev həmin dövrdə cərəyan edən hadisələrin əsaslı təhlilini verərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yarandı. Ümummilli Liderimizin ilk gündən rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Təsis olunduğu gündən ötən 32 il ərzində Yeni Azərbaycan Partiyası çox böyük, şərəfli və uğurlu yol keçərək ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir.

Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Bu gün YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.

Partiyanın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. YAP öz təşəbbüsləri sayəsində ölkəmizdə partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Chosen
11
2
aia.az

3Sources