EN

Rusiyaya qarşı emosional çıxışlar edən Fransa prezidentinin ikiüzlü davranışları



ABŞ-da keçirilən prezident seçkiləri və Avropa ölkələrinin silah ehtiyyatında azalmaların müşahidə olunması Rusiyanın Ukrayna münaqişəsi üzərində hökmranlığını daha da artırır. Rusiya ordusu Kursk cəbhəsində hələ də istədiyini əldə edə bilməsə də, Ukraynada üstünlüyü tədricən ələ keçirməyi bacarır.

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Günay Ağamalının sözlərinə görə, belə bir məqamda Fransa prezidenti Emanuel Makronun Braziliyada keçirilən G 20 ölkələrinin sammitində Rusiya Xarici işlər naziri Sergey Lavrovla səmimi münasibəti diqqətdən yayınmır:

"Emanuel Makronun davranışlarını bir neçə konteksdə şərh etmək olar. İlk olaraq Makron Donald Trumpın Ukrayna mövzusunda sələfi Bidendən fərqli siyasət həyata keçirəcəyini bilir və indiki şəraitdə Rusiya ilə ənənəvi ritorika ilə çıxış etməkdən yayınmaq istəyir. İkinci məqam isə ondan ibrarətdir ki, Fransa Rusiya ilə bütün əlaqələri heç də kəsməkdə maraqlı deyil. Paris Rusiyanın Avropa xüsusilə Almaniya və Böyük Britaniya qarşısında gücünü qoruyub saxlamasında maraqlıdır".

Deputat hesab edir ki, bütün hallarda bir müddət əvvəl Rusiyaya qarşı emosional çıxışlar edən Fransa prezidentinin ikiüzlü davranışları ilk növbədə Parisin beynəlxalq arenada imicinə mənfi təsir göstərir və ölkəni etibarsızlaşdırır.

Süleyman
Chosen
53
newscenter.az

1Sources