EN

Elektron qolbaq taxılan keçmiş bələdiyyə sədri ilə bağlı qərar çıxarıldı

Gəncə Apellyasiya Məhkəməsində Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sabiq sədri Zöhrab Məmmədovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Tovuz Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə cəza təyini hissəsində dəyişdirilib.

 

Belə ki, onun 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib. Təqsirləndirilən şəxs qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. 

 

Qeyd: Prokurorluğun yaydığı məlumatda Zöhrab Məmmədovun Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sədri olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair rəsmi sənədlərə bilərək yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilməsi bildirilib.

 

Kamal Məmmədov

 

Tarix: 21 Noyabr 2024, 09:41   
Chosen
15
pravda.az

1Sources