EN

Kosta-Rika klubu dünya çempionatında iştirakla bağlı FIFA-ya müraciət edib

Kosta-Rikanın ən titullu komandası "Alahuelense" 2025-ci ildə keçiriləcək dünya çempionatında iştirakla bağlı FIFA-ya müraciət edib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ali futbol qurumu bundan imtina etsə, Kosta-Rika təmsilçisi məhkəməyə müraciət etməyə də hazırdır.

30 dəfə ölkə çempionu olan komanda tələbin turnir qaydalarında müəyyən edilmiş uyğunluq prinsiplərinə əsaslandığını bəyan edib.

"Alahuelense" FIFA-dan bir sahibi olan klubların turnirdə iştirakını qadağan edən qaydanın tətbiq olunmasını istəyir. Mətndə Meksikanın "Leon" və "Paçuka" komandalarının Xesus Martinesə məxsus olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də yenilənmiş formatda keçiriləcək. Burada ilk dəfə 32 klub mübarizə aparacaq.

Chosen
9
6
report.az

7Sources