EN

NDCs-in həyata keçirilməsi üçün "yaşıl" enerji keçidinə lazım olan enerji resurslarının təmin edilməsi vacibdir - WMO

Bakı. Trend:

NDCs-in (Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) həyatakeçirilməsi üçün "yaşıl" enerji keçidinə lazım olan enerjiresurslarının təmin edilməsi vacibdir. Bu proses isə çox vaxtəhəmiyyətli su ehtiyatları tələb edir.

Trend xəbər verir ki, WMO-nunhidrologiya, su və kriosfer üzrə direktoru Stefan Ulenbruk COP29çərçivəsində "İqlim üçün su: NDCs və NAPs-da su həllərinininteqrasiyası - biomüxtəliflik, su ehtiyatları və iqliminqarşılıqlı əlaqəsi" mövzusunda yüksək səviyyəli dəyirmi masadabildirib.

"Bundan əlavə, NDCs-də nəzərdə tutulan karbon izinin azaldılmasıvə onun mənimsənilməsi tədbirləri də tez-tez suyun intensivistifadəsi ilə əlaqəlidir", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, 33 illik məlumatlar təhlil edilib vənəticələr birləşdirilib. Təhlildə qabaqcıl operativ hidrologiyamodellərindən istifadə olunub.

"Qlobal xəritə göstərir ki, 2023-cü il əvvəlki 30 ilin ortagöstəricisi ilə müqayisədə daha quraq keçib. Məsələn, Xəzərdənizinin su səviyyəsi azalmaqda davam edib, Afrika Böyük Buynuzhövzəsində isə əhali miqrasiyası və ərzaq böhranına səbəb olanciddi quraqlıq müşahidə olunub. Lakin sonradan atmosfer şəraitinindəyişməsi səbəbindən bölgəyə xeyli miqdarda yağıntı düşüb.

Analizimiz qlobal yağıntıların və atmosfer dövranınındəyişikliklərinin axın dinamikasına necə təsir etdiyini göstərir.Bu məlumatlar NDCs çərçivəsində adaptasiya planları vəstrategiyalarının hazırlanması üçün əsas əhəmiyyət kəsb edir.

Quraqlıq şəraiti həmçinin su anbarlarının səviyyəsinə təsirgöstərib. Qlobal məlumatlar göstərir ki, böyük su anbarlarına gələnsular orta səviyyədən aşağı olub ki, bu da su ehtiyatlarının idarəedilməsi üçün ciddi çağırışlar yaradır", – deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
23
az.trend.az

1Sources