EN

Amorim istəmədiyi oyunçuları müəyyənləşdirib

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim seçimini edir. Portuqliyalı mütəxəssis komandada görmək istəmədiyi futbolçuları müəyyənləşdirib.

Futbolinfo.az xəbər verir ki, yaşlı oyunçular, eyni zamanda heyətə az düşənlər qışda və ya mövsüm bitən kimi yola salınacaq. Amorim rəhbərliyə siyahı təqdim edib.

Harri Maquayr, Conni Evans, Viktor Lindelof, Kristian Eriksen, Kazemiro, Tayrell Malasia və Antoni qarşıdakı aylarda məşqçinin fikrini dəyişəcək oyun sərgiləməsələr, Mançester klubundan ayrılmalı olacaqlar. Onların əvəzinə Amorimin istəyinə uyğun futbolçular seçiləcək.

Chosen
49
futbolinfo.az

1Sources