EN

Multikulturalizm Mərkəzinin rəhbəri “İslamın minarəsi” jurnalının redaksiya heyətinə daxil edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov  Beynəlxalq Müsəlman Forumunun rəsmi mətbuat orqanı olan “İslamın minarəsi” beynəlxalq jurnalının redaksiya heyətinə daxil edilib. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, bununla bağlı Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin səlahiyyətlərini icra edən, jurnalın baş redaktoru Damir Muxetdinov Multikulturalizm Mərkəzinə məktub göndərib. Baş redaktor  vurğulayıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz təcrübələri ilə jurnalın nəşrinə töhfə verəcək.

Qeyd edək ki, “İslamın minarəsi” beynəlxalq jurnalı müsəlman ruhaniləri və ziyalıları üçün nəzərdə tutulub. Jurnal İslamın ənənəvi irsini öyrənmək və müasirlik kontekstində dərk etmək məqsədi daşıyır. Jurnalda müsəlman ilahiyyatı, İslam tarixi və müsəlmanların müasir problemlərinə dair məqalələr, islam mütəfəkkirlərinin və ilahiyyatçılarının həyat və yaradıcılığından bəhs edən yazılar dərc olunur. Klassik, eləcə də müasir müsəlman əsərlərinin tərcümələri yer alır. Jurnalda Dinlərarası və mədəniyyətlərarası dialoqa, dövlət-islam münasibətlərinə, islam və müsəlmanlar üçün maraqlı olan məqamlara da toxunulur.

Chosen
26
3
ikisahil.az

4Sources