EN

Azərbaycanda mühərrikin həcminə görə ən çox hansı avtomobillərə tələb var? – Siyahı


Bu ilin ilk 3 rübü ərzində xarici ölkələrdən Azərbaycana 41 min 360 ədəd benzin və dizel ilə işləyən minik avtomobili idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan minik avtomobillərinin 65%-i və ya 26 min 817 ədədi benzin ilə işləyənlər olub.
Qeyd edək ki, mühərrikinin həcminə görə ilk sırda benzinlə işləyən və 1 500 – 3 000 kub sm mühərrik həcminə sahib olan minik avtomobilləri qərarlaşıb. Bu ilin ilk 9 ayında ölkəyə benzinlə işləyən və 1 500 – 3 000 kub sm mühərrik həcminə sahib olan 16 min 716 ədəd avtomobil gətirilib.
Mühərrik həcminə görə ən az idxal olunan minik avtomobilləri isə dizellə işləyən və 1 500 kub sm-dən az mühərrik həcminə sahib olanlar olub. 9 ay ərzində ölkəyə dizellə işləyən və 1 500 kub sm-dən az mühərrik həcminə sahib cəmi 189 avtomobil idxal edilib.
İdxal olunan avtomobillərin qiymətinə görə isə benzinlə işləyən və 3 000 kub sm-dən çox mühərrik həcminə sahib olan minik avtomobilləri ilk sırada qərarlaşıb. Bu cür avtomobillərin bir ədədinin orta gömrük dəyəri 184 min 744 manat olub. Ən ucuz avtomobillər isə benzinlə işləyən və 1 000 kub sm-dən az mühərrik həcminə sahib olanlar olub. Bu avtomobillərin bir ədədinin orta gömrük dəyəri isə 8 min 470 manat olub.
Bu ilin ilk 9 ayı ərzində idxal edilən benzin və dizel ilə işləyən minik avtomobillərinin mühərrik həcminə görə sayı və orta gömrük dəyəri aşağıdakı kimi olub:
 
Müqayisə üçün onu da bildirək ki, bu ilin ilk 10 ayı ərzində qonuşu Türkiyədə dövlət qeydiyyatına  821 min 231 ədəd yeni avtomobil alınıb. Bu avtomobillərin 99,3%-nin mühərrik həcmi 2 000 kub sm-dən az olub. Türkiyədə qeydə alınan avtomobillərin 71,3%-nin mühərrik həcmi 1 500 kub sm-dən aşağıdır.

Elnur Əli
Chosen
1
1
yeniavaz.com

2Sources