EN

Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan vəzifəli şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə rüşvətalmada təqsirləndirilən Sabir Əsədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, protest təmin edilməyib.

İttihama görə, Sabir Əsədov Baş Dövlət Yol Polisi İdarəsinin 7 saylı Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin dövlət əmək müfəttişi vəzifəsində işləyib. O, 2021-ci ilin iyul ayında Ağdaş rayonu, Yenikənd kənd sakini N.N.-in (şərti) etibarnamə ilə idarə etdiyi VAZ-2107 markalı avtomobilin texniki baxışdan keçirilməsi üçün zəruri olan sənədlərin düzəldilməsi müqabilində ondan 150 manat alıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əsədova şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Ağır Cinayətlər Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

Chosen
1
4
avtosfer.az

4Sources