EN

"Əmək bazarında formal ixtisası olmayan şəxslərin çəkisi çoxdur" -Sahil Babayev

"Azərbaycanın əmək bazarında formal ixtisası olmayan şəxslərin çəkisi çoxdur".

Oxu24.com  xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, Qarabağa və Şərqi Zəngəzura qayıdan şəxslərin arasında da ixtisaslı şəxslərin azlığı müşahidə olunur:

“Məktəb bitirən şəxslərin 40 faizi ali məktəblərə daxil olurdu, lakin peşə hazırlığı çox aşağı səviyyədə idi. Hazırda Elm və Təhsil Nazirliyi ilə birlikdə icra etdiyimiz proqram çərçivəsində ciddi şəkildə peşə məktəblərinin və texnikomların sayının artırılması üzərində işləyirik”.

Chosen
31
7
oxu24.com

10Sources