EN

Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb

İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb.


Ekologiya.az xəbər verir ki, niyyət protokolunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev imzalayıblar.


“İqlim, təbiət və insanlar üçün Su Həyat Xəttinin Təbliği” mövzulu tədbirin yüksəksəviyyəli açılışında imzalanan niyyət protokolu təşəbbüsün gələcək fəaliyyətlərinin icrasına dəstəyi nəzərdə tutub.

Chosen
30
8
ekologiya.az

9Sources