EN

İspaniya artıq Ukraynaya 600 milyon avro dəyərində silah göndərib

İspaniya hakimiyyəti artıq Ukraynaya təxminən 600 milyon avro dəyərində silah göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Marqarita Robles bildirib.

Məlumata görə, Madrid Kiyevi mərhələli şəkildə silahla təmin edir.

"Biz artıq 600 milyon avro ekvivalenti göndərmişik və hələ də 300 milyon avromuz qalıb", - Robles müdafiə komissiyasında çıxış edərkən deyib.

Infodefensa portalının məlumatına görə, İspaniya yaxın vaxtlarda Ukraynaya doqquz Leopard 2A4 tankının yeni partiyasını göndərəcək.

Chosen
23
ucnoqta.az

1Sources