EN

“Şamaxı”dan ayrılan məşqçi başqa klubla anlaşmaq üzrədi – özü açıqladı

Dünən “Şamaxı”nın mətbuat xidməti gözlənilməz ayrılıq xəbərini açıqladı. Bilindi ki, Ayxan Abbasovun məşqçi korpusunda çalışan Ceyhun Rzayev komandayla yollarını ayırıb.

Bəli-bəli, gözlənilməz... Axı mütəxəssis “şirlər”lə bu mövsümün əvvəlində anlaşıb. Ceyhun bəyin kollektivdən ayrılmasıyla bağlı baş məşqçi Ayxan Abbasovun mövqeyini dərc etmişik. O, saytımıza açıqlamasında köməkçisindən narazı qalmadığını, yəni hansısa problem yaşanmadığını deyib. Bəs mütəxəssisin ani ayrılıq qərarının səbəbi nədi? “Football-plus.az” sualın cavabını səbəbkardan öyrəndi.

Ceyhun Rzayev bizimlə söhbətdə bildirdi ki, “Şamaxı”dan ayrılmasının səbəbi başqa klubdan təklif almasıdı. O, komandanın adını açıqlamasa da, ciddi təklifin olduğunu və özünü başqa yerdə sınamaq istədiyini bildirdi. Məşqçinin tezliklə yeni klubuyla münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.

KƏNAN BAHADIR

Chosen
17
football-plus.az

1Sources