EN

Britaniyalı jurnalistlər COP29 zamanı “BakuTV”nin simaları olublar

Britaniyalı jurnalistlər Miranda Şunke və Mariam Zaidi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı “BakuTV"nin komandasına qoşulublar.

“Far.Az” xəbər verir ki, M.Şunke və M.Zaidi bu beynəlxalq tədbirə həsr olunmuş iki xəbər proqramının aparıcıları kimi çıxış ediblər.

“BakuTV”nin xüsusi reportajında britaniyalı jurnalistlər kollektivlə iş təəssüratlarını bölüşüb və komandanın yüksək peşəkarlığını qeyd ediblər.

"Bakıda BMT-nin iqlim konfransından zövq alaraq, “BakuTV”dəki həmkarlarımıza gündəlik reportajlar hazırlamaqda kömək edirdik. COP29 şübhəsiz ki, Bakıda keçirilən ən böyük tədbirlərdən biridir. Bu, bütün iştirakçılar üçün həyəcanverici idi. Kanalın bütün əməkdaşları ilə işləmək bizim üçün xoş oldu" - onlar bildiriblər.

Öz növbəsində “BakuTV”nin rəhbərliyi jurnalistlərə əməkdaşlıqlarına görə təşəkkür edib və birgə işin telekanalın beynəlxalq yayımının inkişafında yeni perspektivlər açdığını vurğulayıb.

Chosen
17
1
far.az

2Sources