EN

Dövlət Sosial Müdafiə Fondu I yarımildə 275 milyon manat investisiya qoyub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Prezident İlham Əliyevin 17 aprel 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”na əsasən 2023-cü ilin I yarısından başladığı fəaliyyəti 2024-cü ildə də davam etdirib.

Bu barədə Hesablama Palatasının Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, ötən ilin I yarısında 30 milyon manat banklarda açılmış depozit hesablarına, 402,7 milyon manat dövlət zəmanətli istiqrazlara, 167 milyon manat isə müvafiq qiymətli kağızlar üzrə əks-repo əməliyyatlarına yönəldilməklə ümumilikdə 599,7 milyon manat vəsait investisiya edilib. Ümumilikdə ilin sonuna banklarda açılmış depozit hesablarına 52,5 milyon manat, dövlət zəmanətli istiqrazlara 997,5 milyon manat, banklarda həyata keçirilən əks-repo əməliyyatlarına isə 1 milyard 465,3 milyon manat vəsait investisiya olunub. Ötən il investisiya fəaliyyəti üzrə 5,9 milyon manat gəlir əldə edilib, bunun da 252,8 min manatı komissiya və xidmət haqqı kimi ödənilib.

Chosen
11
5
aznews.az

6Sources