EN

"Fransa gec-tez haqq yoluna gələcək və Azərbaycana qarşı sərt davranışını dəyişəcək"

\"Çox təəssüflər olsun ki, Fransa, Makron hökuməti ilk gündən Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdədir, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın zəfər çalması, torpaqların işğaldan azam etməsi Fransa tərəfindən qəbul edilmirdi və onlar Ermənistandan çox erməni mövqeyi sərgiləyərək Azərbaycanın qazandığı bu yeni reallığı qəbul etməməklə yanaşı, dünya dövlətlərini də Azərbaycana qarşı qaldırırdı. Biz elə ötən müddət ərzində dəfələrlə Fransa, Fransa parlamenti tərəfindən, eyni zamanda Avropa parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilmiş qərəzli qətnamələrdə və sənədlərdə Fransa əlinin olduğunu və Makronun birbaşa göstərişi və istəyi nəticəsində bu yanaşmaların reallaşdığını sübüt etmişik və bunun məncə əlavə sübuta da ehtiyacı yoxdur\".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Fransa-Azərbaycan münasibətlərindən danışarkən deyib.
 
Deputat qeyd edib ki, Fransa daha çox Azərbaycanın COP-29-a ev sahibliyi edəcəyi ilə bağlı xəbərlər yayıldıqdan sonra bu cür addımlar atır:
 
\"COP-29-a Azərbaycanın ev sahibliyi edəcəyi ilə bağlı xəbərlər yayıldıqdan sonra da Makron hökuməti məhz Azərbaycanın COP-29-la bağlı həyata keçirdiyi tədbirlərə kölgə salmaq, Azərbaycanın imicinə zərbə vurmaq və Azərbaycanda baş tutmuş bu tədbirin əhəmiyyətini və Azərbaycanın oynadığı rolu azaltmaq niyyətini dəfələrlə sərgilədilər və açıq şəkildə Azərbaycana qarşı mübarizə aparmağa başladılar və çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşması və biz sülhün əldə edilməsində də Fransanın maneçilik cəhdlərini dəfələrlə ifşa etmişik. Xüsusilə də Ermənistanın aktiv silahlandırılması, mən düşünürəm ki, Fransa tərəfinin aktiv silahlandırılması buna ən böyük səbəblərdən biridir.
 
Möhtərəm cənab Prezident İlham Əliyevin COP-29 çərçivəsində çıxışı zamanı Fransanın həyata keçirdiyi müstəmləkə siyasəti və ətraf mühitin çirkləndirilməsi ilə bağlı nüvə sınaqları məsələsinə toxunması çox cəsarətli və böyük iradə, güc tələb edən bir yanaşmaydı ki, Azərbaycan yalnız öz hüquqlarını, mövqeyini müdafiə etməklə, gücləndirməklə kifayətlənmir, eyni zamanda bir çox dünya liderlərinin deməyə çəkindiyi məsələləri ali tribunadan dilə gətirərək, həmin dövlətin kim olmağından, hansı gücə malik olmasından asılı olmayaraq həmin dövləti və hükuməti düz yola çağırır. Dəfələrlə biz Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etdiyi zamanda cənab Prezidentin nitqindən buna bənzər çıxışlar, açıqlamalar və müraciətlərə şahidlik etmişik və cənab Prezidentin bu çıxışını gördüyünüz kimi, Makron hökuməti artıq həzm edə bilmir. Onlar öz etdikləri səhvi qəbul etmək, üzr istəmək, doğru yola düzəlmək əvəzinə görürsünüz ki, əfsuslar olsun ki, öz pis niyyətlərindən əl çəkməyərək Azərbaycana qarşı açıq mövqe sərgiləyirlər və Azərbaycana zərbə vurmaq istəyirlər.
 
Deputat hesab edir ki, Fransa gec-tez haqq yoluna gələcək və Azərbaycana qarşı sərt davranışını dəyişəcək:
 
\"Lakin istənilən halda Azərbaycanın mövqeyi qətidir, ədalətli prinsiplər əsasındadır və Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlər, güc mərkəzləri var və Azərbaycan da qlobal məkanda söz sahibi olan dövlətlərdən biridir və cənab Prezidentin də oynadığı rol, onun sərgilədiyi uğurlu siyasət və qaldırdığı məsələlər də Azərbaycanın gücünə güc qatır. Biz inanırıq ki, Fransada haqq yoluna gələcəkdir və Fransa-Makron hökumətinin ömrü o qədər də uzun deyil. Fransada prosesləri doğru-düzgün qiymətləndirən və azacıq da olsa ədalət prizmasından məsələlərə yanaşa biləcək siyasətçilər var. Gec-tez bu siyasətçilər Makronun səhvlərini düzəldəcək və biz Fransa-Azərbaycan münasibətlərində yaxın gələcəkdə normallaşmanın şahidi ola biləcəyik\".
 
Mikayıl Mirzəzadə
Chosen
63
50
azxeber.com

10Sources