EN

Bu ölkə Azərbaycandan kartof idxalını artıracaq - İqtisadçı: "Təqdirəlayiq haldır"

Rusiya Azərbaycandan kartof idxalını artırmaq istəyir. Bunu "Rusprodsoyuz" Assosiasiyasının İdarə Heyətinin sədr müavini Dmitri Leonov deyib. 

Bəs Azərbaycanda kartofun istehsalı qənaətbəxşdir? İdxal prosesi kartofun qiymətinə necə təsir edəcək?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Redaktor.az-a açıqlamasında bildirib ki, Azərbaycan özünü kartofla təmin edən azsaylı ölkələrdən biridir:

"Ölkə daxilində kartofa olan tələbat qədər kartof istehsal edilir. Əgər Rusiya Azərbaycandan kartof idxal etməyə maraq göstərirsə, bunu təqdir etmək lazımdır. Çünki bu, Azərbaycan fermerlərinin ixracata cəlb edilməsində bir vəsilədir. Azərbaycanın daxilində əgər kartof çatışmazlığı, kartof defisiti yaranarsa, bu defisiti aradan qaldırmaq o qədər də ciddi problem deyil. Azərbaycan elə bir bölgədə yerləşir ki, onun ətrafındakı bütün ölkələr ucuz qiymətə kartof istehsal edir".

Bütün

İqtisadçı qeyd edib ki, Azərbaycan Gürcüstandan, İrandan və bir çox vaxtlarda Belarusiyadan və hətta Pakistandan kartof idxal edib:

"Hazırda Gürcüstandan məhsulu idxal edirik. Bu məhsul satışının diversifikasiyası, yəni ticarətinin şaxələndirilməsi və onun ölkə xaricinə çıxması təqdirəlayiq haldır. Azərbaycanın daxilində kartofun ixracı  qiyməti bahalaşdıracaqsa, həmin ölkələrdən Azərbaycana idxal olunacaq. İstənilən halda Azərbaycan fermerinin bu yolla ölkə xaricinə çıxması, dünya bazarında iştirak etməsi vacib məsələlərdən biridir. Hesab edirəm ki, bu ixracat prosesinə əlaqədar dövlət qurumları da dəstək verməlidir".

Sevinc İBRAHİMZADƏ

Chosen
4
12
redaktor.az

10Sources