EN

Kartof ixracımız 23 min tona yaxın azalıb

Azərbaycanın kartof ixracından gəlirləri kəskin azalıb. 

Hurriyyet.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin statistikasında əksini tapıb. Belə ki, rəsmi məlumata əsasən cari ilin yanvar-oktyabrında Azərbaycandan xaricə 20 milyon 470.85 min dollar dəyərində 48 234.08 ton kartof ixrac olunub.

Ötən ilin eyni dövründə isə kartof ixracı 31 milyon 15.95 min dollar dəyərlə 71 071.17 ton təşkil etmişdi. Bu isə o deməkdir ki, kartof ixracında dəyər baxımından 44 faiz, miqdar baxımından isə 32 faiz azalma baş verib. Bu zaman 1 ton kartofun ixrac qiyməti 436,4 dollardan 424,4 dollara qədər azalıb.

Musavat.com

Chosen
28
12
hurriyyet.az

10Sources