EN

"Sosial şəbəkələr bəzi məsələləri sürətləndirdi" - ŞƏRH EDİLDİ

"Sosial şəbəkələrin meydana çıxması iki faktı müəyyənləşdirdi və üzə çıxardı". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

O bildirib ki, birinci fakt odur ki, sosial şəbəkələr gizli qalan məsələləri üzə çıxardı: "Yəni cəmiyyətdə bütün vətəndaşlar əxlaqlı deyillər. Onların içində əxlaqdan zəif olanlar da, cinayətkarlar da var. Əxlaqda cinayət edənlər var. Sosial şəbəkələr onları üzə çıxardı. Bu o demək deyil ki, əvvəllər yox idi, sosial şəbəkələr bunu yaratdı. Belə deyil. Əvvəl də var idi, sadəcə gizli idi. İndi əxlaqdan zəif olanlar özlərini nümayiş etdirməyə başladılar.

İkinci məsələ isə, sosial şəbəkələr bəzi məsələlərə rəvac verdi, sürətləndirdi. Həmin xoşagəlməz halları sürətləndirdi. Hamı özünü nümayiş etdirmək istəyir. Bunu hər gün daha çox etmək istəyirlər. Sosial şəbəkə buna imkan yaradır. Bu, çox vacib məsələdir.

Bunun qarşısını almaq üçün bəzi ölkələrdə bəzi sosial şəbəkələrə qadağa qoyulub. Amma bu kifayət etmir. Ancaq qadağa ilə məsələ yekunlaşa bilməz. Başqa məsələlər də olmalıdır. Təbliğat olmalıdır. Necə ki, əxlaqsızlar meydan sulayır, əks tərəf də müxtəlif vasitələrlə özünə meydan qazanmalıdır. Yəni onun əksini təbliğ edənlər də sosial şəbəkələrdə aktiv olmalıdırlar".

Müəllif: Söylü Ağazadə
Chosen
11
sia.az

1Sources