EN

Uşaq qidalarındakı FANTASTİK QİYMƏTLƏR: “Bu iqtisadiyyatı boğur”

“Azərbaycandakı vergi sistemi ölkə iqtisadiyyatının toxumlarını qırmağa hesablanıb.

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

Onun sözlərinə görə, verginin bütün sahələri Azərbaycan iqtisadiyyatını boğmağa xidmət edir:

“Hesab edirəm ki, yalnız uşaq qida məhsullarında deyil, bütün sahələrdə vergi güzəştləri olmalıdır. Neft ölkəsində bu qədər total şəkildə vergi yığılması düzgün hal deyil. Əlavə olaraq da, ölkədə ciddi monopoliya mövcuddur. Təbii ki, belə olduğu halda, yeni iqtisadi obyektlərin yaranması, yaranmış iqtisadi obyektlərin inkişaf etməsi mümkün deyil”.

İqtisadçı qiymətlərin qaldırılması prosesinə də toxunub:

“Ümumiyyətlə, qiymətlərin qaldırılması prosesi bir siyasət olaraq ortaya qoyulub. Bu da həm inhisarçılığın, həm də müasir Azərbaycanın iqtisadiyyatının idarə edilməsinin də bir formasıdır. Təbii ki, bu kimi məsələlər, qiymət artımı ölkə əhalisi üçün da çətin vəziyyət yaradır”.

“Ona görə də, bu kimi mövzulara yenidən baxılmalıdır. Əgər Azərbaycanda bu proses dünya iqtisadiyyat qaydalarına uyğun olsa, o zaman heç bir problem qalmaz”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

Chosen
33
yenicag.az

1Sources