EN

Bayden Ukraynanın 4,7 milyard dollar borcunu silib

Bayden Ukraynanın 4,7 milyard dollar borcunu silib

ABŞ prezidenti Co Baydenin administrasiyası ABŞ-ın Ukraynaya verdiyi təxminən 4,7 milyard dollar krediti silmək qərarına gəlib.AFN.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.Konqres tərəfindən apreldə qəbul edilən maliyyələşdirmə qanun layihəsinə Ukrayna hökumətinə iqtisadi və büdcə dəstəyi göstərmək üçün bağışlanan kreditlər şəklində 9,4 milyard dollardan çox vəsait daxil edilib. Bu məbləğinin yarısının noyabrın 15-dən sonra prezident tərəfindən ləğv edilməsi mümkün idi.Ümumilikdə, qanunla 2022-ci ilin fevralında başlayan Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizədə Ukraynaya kömək etmək üçün 61 milyard dollar ayrılıb.

Chosen
51
50
afn.az

10Sources