EN

İşsizlikdən Sığorta Fondu bəzi gəlir mənbələrindən istifadə etmir

Növbəti ildə “İşsizlikdən sığorta haqqında” qanunla təsbit edilmiş mənbələrdən yalnız sığorta haqları üzrə gəlir nəzərdə tutulub, bir mənbə üzrə əks etdirilmiş göstəricilər sair gəlirləri əhatə edib, digər üç mənbə üzrə hər hansı gəlir proqnozlaşdırılmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.

Sənənə əsasən, qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati cərimələr nəzərdə tutulsa da, təqdim edilmiş məlumatların təhlili və aparılmış auditin nəticələri göstərib ki, Fond cərimələr tətbiq etmir, nəticədə bu istiqamətdə gəlirləri olmur.

Qanun layihəsində sair gəlirlər üzrə 70 min manat nəzərdə tutulsa da, həmin gəlirlərin strukturu ilə bağlı hər hansı məlumat verilməyib.


Bizim.Media

Chosen
9
2
bizim.media

3Sources