EN

Tədqiqatçı: COP29-da əldə olunacaq nəticələri səbirsizliklə gözləyirik

COP29 konfransı yüksək təşkilatçılıq səviyyəsi ilə seçilir. Hər hansı bir məsələdə dəstəyə ehtiyac duyulduqda, könüllüləri asanlıqla tapmaq və sürətli şəkildə yardım almaq mümkündür. Ümumilikdə tədbirin təşkilati işlərini yüksək qiymətləndirirəm.

Bu fikirləri COP29 çərçivəsində ölkəmizə səfər edən ABŞ-ın Kris Milli Laboratoriyasının tədqiqatçısı Xiaojuan Yang AZƏRTAC-a açıqlamasında bildirib.

Konfransda yalnız müşahidəçi qismində iştirak etdiyini deyən tədqiqatçı əlavə edib: “Siyasət sahəsində dərin biliklərə malik deyiləm. Bununla belə, burada müzakirələrin aparıldığını görmək çox sevindiricidir. İndi isə əldə olunacaq nəticələri səbirsizliklə gözləyirik”.

Chosen
25
xalqqazeti.az

1Sources