EN

Ukraynadan 100 milyonlar oğurlandı, Londona daşındı

Böyük Britaniya çirkli pulların ölkəyə axınını dayandırmaq üçün üç oliqarxa sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə PA Media məlumat yayıb.

Bildirilib ki, sanksiyaya korrupsiya yolu ilə Ukraynadan yüz milyonlarla funt-sterlinq pul çıxarmış oliqarx Dmitri Firtaş (həmçinin onun adından Böyük Britaniya aktivlərini idarə edən həyat yoldaşı Lada Firtaş və İngiltərədə yaşayan və Firtaşa kömək edən Denis Qorbunenko), ən azı 350 milyon funt-sterlinq mənimsəmək üçün dövlət şirkətlərində vəzifəsindən sistematik şəkildə sui-istifadə edən Anqolanın keçmiş prezidentinin qızı İzabel Dos Santos (həmçinin onun iki həmkarı - biznes ortağı Paula Oliveira və baş maliyyə direktoru Saryu Raikundalia) və latviyalı siyasətçi və oliqarx Aivars Lembergs (həmçinin qızı Liqa) məruz qalıb.

Chosen
34
axar.az

1Sources