EN

Rusiya liderindən ABŞ və NATO-ya XƏBƏRDARLIQ: “Ciddi düşünsünlər” - VİDEO

“Rusiya münaqişənin gərginləşməsinə qəti cavab verəcək, ona qarşı hərbi kontingentini yaradan ölkələrin hakim elitaları bu barədə düşünməlidirlər”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin xalqa video müraciətində bildirib.

“Təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik. Mən tövsiyə edirəm ki, öz hərbi kontingentindən Rusiyaya qarşı istifadə etmək planlarını həyata keçirən ölkələrin hakim elitaları bu barədə ciddi düşünsünlər”, - Rusiya lideri xəbərdarlıq edib.

O qeyd edib ki, ABŞ və onun NATO müttəfiqləri Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etmək qərarı ilə eskalasiya kursunu davam etdirdilər.



Bizim.Media

Chosen
21
21
bizim.media

10Sources