EN

Pensiya kapitalı ilə bağlı mühüm təklif

“Minimum pensiya məbləği artdıqca, əmək pensiyası almaq üçün kapital tələbi də, təbii ki, artır. Hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yəni, vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala, ya da 25 illik staja malik olmaldır”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Minimum pensiya məbləğinin artması müsbət haldır və Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindədir. Bu baxımdan, minimum pensiya məbləği ilə pensiya kapitalı arasında yalnız kəmiyyət deyil, həmçinin keyfiyyət əlaqəsinin də yaradılmasına ehtiyac var.

Məsələn, tək analar, ailədə uşaqların sayı və digər faktorlar nəzərə alınaraq, kapital tələbi azaldıla bilər. Bu daha çox yaşa görə müavinət alan bəzi vətəndaşımızın əmək pensiyası almasına imkan yaradar. Daha çox vətəndaşlarımız yaşa görə əmək pensiyası ala bilərlər”. \\Publika.az

Chosen
11
14
hurriyyet.az

10Sources