EN

Xosep Qvardiola: “Bəzən özümlə heç də fəxr etmirəm”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in sükanı arxasında çalışdığı dövrdəki xoşagəlməz məqamları xatırlayıb.

Arena.az “Goal” dərgisinin “Mançester Siti” haqda “Birlikdə: 4 sıra” sənədli filminə istinadı əsasında, ispan mütəxəssisin filmdə səsləndiriyi fikirləri təqdim edir.

“Pep” duyğusal çöküşlərlə bağlı bu məqamlara heç də qürur duymur: “Bəzən mən özümlə heç də fəxr etmirəm, xüsusən də oyundan dərhal sonra duyğulara qapılıb bunu oyunçulara çatdıranda… Mən bir insanam, səhvlər də edirəm, bundan isə xoşum gəlmir. Komandanın azlıqda oynadığı məqamda (Rodrinin İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsümündə “Nottingem Forest”lə oyunda (2:0) meydandan qovulması – redaktorun qeydi) və ya lüzumsuz penalti təyin ediləndə (Filip Fodenin İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsümündə “Kristal Pelas”la oyunda (2:2) əsas vaxtında öz qapısına penalti gətirməsi – redaktorun qeydi), özümü idarə edə bilmirəm”, deyə “Pep” vurğulayıb.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 490 oyun keçiriblər, 360 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 70 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1239:446 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

11 turdan sonra Qvardiolanın “Mançester Siti”si 23 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.

Chosen
22
50
arena.az

10Sources