EN

Sosial sığorta üzərindən pensiya ödənişləri artırılır -Sahil Babayev

Sosial cəhətdən az pensiya alan şəxslərimizin minimum pensiyasını artırmaqla onların ödənişlərini ciddi şəkildə artırırıq. Təxminən 300 min aşağı gəlirli pensiyaçımıza yalnız sosial sığorta üzərindən pensiya ödəsəydik, onlar 110 manatdan yuxarı pensiya almayacaqdılar. Lakin onlara minimum pensiya olaraq 280 manat ödənilir və növbəti ildə artım olacaq.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, çox böyük sosial sığorta stajı amnistiyası qəbul edilib:

"Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik. Bu gün pensiya kapitalının artımı heç kimin yolunu kəsmir. İşlədiyi dövrdə bir qəpik sosial sığorta ödənişi olan adam pensiya sisteminə daxil olur. Lakin vətəndaş heç vaxt işləməyibsə və 1 qəpik sosial sığorta ödəməyibsə, o şəxslərin pensiya sisteminə daxil olmasına icazə vermək olmaz".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev növbəti ildə əmək pensiyalarının orta aylıq göstəricisinin 531 manata çatmasının proqnozlaşdırıldığını deyib. O bildirib ki, 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi.

Chosen
26
19
fins.az

10Sources