EN

Harris seçkilərdə məğlub olduqdan sonra Havay adalarına tətilə gedib

Prezident seçkilərində məğlub olan ABŞ-ın vitse-prezidenti Kamala Harris ailəsi ilə birlikdə Havay adalarına istirahətə yollanıb...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinq zamanı bildirib.

Jan-Pyerin sözlərinə görə, siyasətçi “ailəsi ilə vaxt keçirmək üçün işə ara verib”.

“Bunda səhv bir şey olduğunu düşünmürəm. Düşünürəm ki, o, ailəsi ilə və işdən uzaqda vaxt keçirməyə layiqdir, o, son dörd ildə çox çalışıb”, dey Jan-Pyer bildirib.

Harris noyabrın 19-da Havay adalarına yola düşüb. O vaxtdan bəri vitse-prezidentin ofisi növbəti günlər üçün cədvəldə ictimai tədbirlərin olmamasını yazıblar.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib, dövlət başçısı postu uğrunda demokrat Kamala Harris və respublikaçı Donald Tramp mübarizə aparıb. Qalib gəlmək üçün siyasətçilərdən birinin ən azı 270 seçici səsi toplaması lazım idi. Tramp 312, Harris isə 226 seçici səsi toplayıb.

Poliqon.info

Chosen
35
3
poliqon.info

6Sources