EN

Kolumbiyada silahlı hücumda 5 əsgər həyatını itirdi

Kolumbiyada baş verən bombalı hücumda 5 əsgər həyatını itirib, 3 əsgər və 1 mülki şəxs isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Antioquia inzibati bölgəsindəki Anori şəhərinin kənd ərazisində patrul xidmətində olan əsgərlərə bombalı hücum edilib.

Hücumda 5 əsgər həyatını itirib, 3 əsgər və 1 mülki şəxs yaralanıb.

Silahlı üsyançı təşkilat Milli Azadlıq Ordusunun (ELN) Dario Ramirez Kastro və Martinez cəbhələri hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər.

Kolumbiya ordusu hücumu həyata keçirənlərə qarşı genişmiqyaslı əməliyyata başladığını açıqlayıb.

Daxili işlər naziri Xuan Fernando Kristo jurnalistlərə verdiyi açıqlamada ELN-ə sərt reaksiya verib və ordunun "lazım olanı edəcəyini" bildirib.

Chosen
27
cebheinfo.az

1Sources