EN

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.

Milli assosiasiyadan “İki sahil”ə verilən məlumata görə, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilib. Toplantı zamanı komitə üzvləri tərəfindən bir neçə məsələlər müzakirə olunub.

Bunlar cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi, ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar görülmüş işlərin icmalı, bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalar və dərc olunmuş statistik hesabatın icmalı, eləcə də digər məsələlər olub.

Chosen
2
15
ikisahil.az

10Sources