EN

Mirzoyan və Əraqçi arasında telefon danışığının məzmunu açıqlandı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə erməni diplomat özünün “X” sosial media hesabında məlumat yayıb.

Bildirilir ki, Mirzoyan Əraqçı ilə son vaxtlar İran gömrüyündə xarici dövlət nömrə nişanlı yük maşınları üçün dizel yanacağının qiymətinin kəskin artması ilə bağlı yaranan problemi müzakirə edib.

Məlumata görə, İran tərəfinin bu qərarı erməni sürücülərin ciddi probleminə çevrilib.

Qeyd edək ki, diplomatlar arasında sonuncu telefon danışığı noyabrın 14-də baş tutmuşdu.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
11
missiya.az

1Sources