Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri MiriReqevi qəbul edib.
Trend xəbər verir ki, MiriReqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarınıdövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlaragörə minnətdarlığını bildirdi, onun da salamlarını İsrailin dövlətbaşçısına çatdırmağı xahiş etdi.
Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulandı, iqlimdəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirinönəmli olduğu qeyd edildi.
Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbrikləriniçatdırdı.
Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsiaparıldı.
Xəbər yenilənəcək