Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla MDB ölkələri arasında 5 milyard 701 milyon 705 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.
Bu barədəDövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.
Hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 31,84%-ni təşkil edib.
Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə
Rusiya ilə 3 milyard 942 milyon 426 min ABŞ dolları (1 il əvvələ nisbətən 14,5% çox),
Ukrayna ilə 380 milyon 144 min ABŞ dolları (33,3% çox),
Türkmənistanla 337 milyon 715 min ABŞ dolları (52,5% az),
Belarusla 403 milyon 960 min ABŞ dolları (47,7% çox),
Qazaxıstanla 393 milyon 831 min ABŞ dolları (38,7% çox),
Özbəkistanla 196 milyon 122 min ABŞ dolları (37,2% çox),
Qırğızıstanla 33 milyon 981 min ABŞ dolları (27,7% az),
Moldova ilə 8 milyon 342 min ABŞ dolları (37% az),
Tacikistanla 5 milyon 177 min ABŞ dolları (0,1% az) olub.
On ayda Azərbaycanın MDB ölkələrinə məhsul ixracının dəyəri 5% artaraq 1 milyard 405 milyon 330 min ABŞ dolları təşkil edib.
Bu dövrdə Azərbaycandan
Rusiyaya 972 milyon 509 min ABŞ dolları (illik müqayisədə 1,2% çox),
Ukraynaya 146 milyon 676 min ABŞ dolları (54,7% çox),
Türkmənistana 71 milyon 737 min ABŞ dolları (1,2% az),
Belarusa 39 milyon 994 min ABŞ dolları (62,6% çox),
Qazaxıstana 107 milyon 747 min ABŞ dolları (23,2% çox),
Özbəkistana 31 milyon 451 min ABŞ dolları (19,9% az),
Qırğızıstana 26 milyon 814 min ABŞ dolları (39,3% az),
Moldovaya 4 milyon 86 min ABŞ dolları (57% az),
Tacikistana 4 milyon 316 min ABŞ dolları (6,2% az) dəyərində məhsul ixrac edilib.
Ölkənin ümumi ixracında MDB ölkələri 6,18%, o cümlədən Rusiya 4,28%, Ukrayna 0,64%, Türkmənistan 0,32%, Belarus 0,18%, Qazaxıstan 0,47%, Özbəkistan 0,14%, Qırğızıstan 0,12%, Moldova 0,02%, Tacikistan 0,02% paya sahib olub.
Yanvar-oktyabrda Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 11,1% artaraq 4 milyard 296 milyon 375 min ABŞ dolları təşkil edib.
Bu dövrdə Azərbaycana Rusiyadan 2 milyard 969 milyon 917 min ABŞ dolları (19,7% çox), Ukraynadan 233 milyon 468 min ABŞ dolları (22,7% çox), Türkmənistandan 265 milyon 981 min ABŞ dolları (58,3% az), Belarusdan 363 milyon 966 min ABŞ dolları (46,3% çox), Qazaxıstandan 286 milyon 84 min ABŞ dolları (45,6% az), Özbəkistandan 164 milyon 671 min ABŞ dolları (58,8% çox), Qırğızıstandan 26 milyon 814 min ABŞ dolları (2 dəfə çox), Moldovadan 4 milyon 256 min ABŞ dolları (13,9% çox), Tacikistandan 861 min ABŞ dolları (48,2% çox) dəyərində məhsul idxal edib.
Ölkənin ümumi idxalında MDB ölkələri 25,83%, o cümlədən Rusiya 17,85%, Ukrayna 1,4%, Türkmənistan 1,6%, Belarus 2,19%, Qazaxıstan 1,72%, Özbəkistan 0,99%, Qırğızıstan 0,04%, Moldova 0,03%, Tacikistan 0,01% paya sahib olub.